Google Gemma 4 açıq mənbəli AI modelini təqdim etdi.
Google DeepMind yeni açıq mənbəli süni intellekt model ailəsi Gemma 4-ü təqdim edib. Model tərtibatçılar və şirkətlər üçün nəzərdə tutulub, lokal cihazlarda işləyə bilir və Apache 2.0 lisenziyası ilə pulsuz istifadə olunur. Gemma 4 ailəsinə mobil cihazlar üçün kiçik, daha ağır tapşırıqlar üçün isə güclü modellər daxildir. Google-a görə, yeni modellər məntiq, kod yazma və AI agent funksiyalarında daha yaxşı performans göstərir.
Model ailəsi şəkil, video, bəzi versiyalarda isə səs dəstəyi təqdim edir. Gemma 4 həmçinin 140-dan çox dili dəstəkləyir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



