Alphabet (Google) İsraildə qurulan kibertəhlükəsizlik şirkəti Wiz-i 32 milyard dollar qarşılığında satın alıb.

Bu, İsrail mənşəli texnologiya şirkətlərinin tarixində ən böyük alışdır. Əməliyyatın tamamlanması ilə İsrailə təxminən 10 milyard NIS ($3,2 milyard) vergi gəliri daxil olacaq. Şirkətin qurucuları və əməkdaşlarının əksəriyyəti İsrail vətəndaşıdır, bəzi investorlar isə ölkədə fəaliyyət göstərir.

Satınalma nəyi hədəfləyir?

  • Wiz bulud infrastrukturunda zəiflikləri və təhlükəsizlik boşluqlarını aşkar edən startapdır.
  • Google-un məqsədi Wiz şirkətini almaqla kibertəhlükəsizlik texnologiyasını və müştəri bazasını genişləndirməkdir.
  • Bu əməliyyat İsrail mənşəli texnologiya şirkətinin tarixində ən böyük satınalmadır.
  • Eyni zamanda, İsrail tarixində bu miqdarda ilk böyük çıxış/exit hesab olunur.

Google üçün bu, şirkətin indiyə qədərki ən böyük satınalmasıdır və əvvəlki rekord olan Motorola Mobility alışını ($12,5 milyard, 2012) iki dəfədən çox üstələyir.

Posted 
Mar 16, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All