Google Maps “Ask Maps” funksiyası ilə böyük yenilənmə alır.
Yeni “Ask Maps” funksiyası ilə istifadəçilər məkanları adi danışıq dili ilə axtara biləcəklər. “Immersive Navigation” yeniliyi isə marşrutu yollar, binalar və ətraf mühitlə birlikdə 3D görnüşdə göstərəcək. Bu da naviqasiyanı daha dəqiq və rahat edəcək. Google bildirir ki, bu, Google Maps üçün son 10 ildən çox müddətdə ən böyük naviqasiya yenilənməsidir.

Yeni Google Maps funksiyaları bütün dünyada işləyəcək və istifadəçilər üçün tədricən aktivləşdirilir. Funksiya hələ ki, Azərbaycanda aktivləşməyib. Amma Google qısa zamanda qlobalda tam istifadəyə veriləcəyini deyib.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



