U

zun müddətdir "Google Maps"dən ictimai nəqliyyatın marşrut xəritəsənin silinəcəyi ilə bağlı xəbərlər gündəmdə idi. Gözlənildiyi kimi də oldu!

Bir qrup fəal gəncin könüllü şəkildə bu məlumatları "Google Maps"ə yerləşdiyi məlum olmuş və "Bakı Nəqliyyat Agentliyi"nin lazımı məlumatları həmin qrupa vaxtı-vaxtıda təmin etmədikləri barəsində məlumat yayılmışdı. Verilməli olan məlumatların gecikməsini səbəb göstərən həmin qrup "BNA"a xəbərdarlıq etdiyini, bunun davam edəcəyi halda bütün marşrut xətlərinin silinəcəyi barəsində açıqlama vermişdi.

Bu xəbərin üstündən bir müddət keçdikdən sonra "BNA" tərəfindən rəsmi açıqlama verilmişdi.

Həmin açıqlama

Öz xidmətini təklif edən "BNA" həm də "Google Maps"ə ictimati nəqliyyatın xəritəsini tətbiq edən komanda ilə danışıqlarda olduqları barəsində açıqlama vermişdi. Görünənə görə isə, danışıqlar özünü doğrultmadı.

Ola bilsin ki, bu marşrut xəttləri müvəqqəti olaraq silinib və yaxın günlərdə yenidən tətbiq ediləcək. Bunu yalnız zaman göstərəcək.

Siz necə düşünürsünüz? "Google Maps" marşrut xəttləri ilə səyahətinizi asanlaşdırırdımı?
Posted 
May 8, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All