Ş

irkət bir çox xidmətlərinə “Duet AI” süni intellekt köməkçisini gətirdi.

Sistem daxil edilmiş məlumatlar əsasında avtomatik olaraq cədvəllər yarada, mövzu ilə bağlı sizin üçün e-poçt yaza, seçilmiş məzmunu saniyələr ərzində ümumiləşdirə və ya ehtiyaclarınıza uyğun vizuallar hazırlaya bilər.

A photograph of a presentation slide saying “Duet AI for Workspace.”

Alət AI ilə işləyən "Ağıllı Cavablar" kimi Gmail-də mövcud olan funksiyalar üzərində qurulub. "Mənə yazmağa kömək et" düyməsini basdıqda sizə çoxlu müxtəlif seçimlər təqdim olunacaq. "Write your own draft" seçiminə basdığınız zaman yazmaq istədiyiniz e-poçtun əhatə dairəsini təyin edə və "Duet AI"nin sizin üçün e-poçt yazmasını təmin edə bilərsiniz. Google-a görə funksiya e-poçtu daha mənalı etmək üçün əvvəlki yazışmalarınızdan istifadə edə bilər.


https://storage.googleapis.com/gweb-cloudblog-publish/images/20623-_-Blog-Header-Design_Option-12_1.max-2500x2500.jpg

Funksiya Google Meet xidmətində açıldıqda, danışan şəxsin sözlərini avtomatik olaraq qeyd edə bilər. Söhbətə gecikirsinizsə, söhbətin əvvəlində deyilənləri ümumiləşdirə bilən sistem, yeni interfeyslə danışılanları analiz edib sizə çatdıra bilər. Bu xidmətdən istifadə etmək üçün abunəlik haqqı 30 $ olaraq təyin olunub.

Posted 
Sep 1, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All