"OpenAI"ın bu ayın əvvəlində rəsmi elanları və inkişafları paylaşmaq üçün açdığı "OpenAI Newsroom" adlı "X" hesabı bu yaxınlarda sındırılıb. Hakerlər hesabı ələ keçirdikdən sonra saxta kriptovalyuta reklamı edib və istifadəçiləri saxta veb-sayta yönləndirərək aldatmağa cəhd ediblər.
Hadisə zamanı çəkilmiş skrinşotlara nəzər saldıqda, hakerlərin "OpenAI Newsroom" hesabı vasitəsilə “$OPENAI” adlı saxta kriptovalyuta haqqında paylaşım etdiklərini görürük.
Qeyd edək ki, hakerlərin bu paylaşımı tez bir zamanda profildən silinib.
Daha çox
Texnologiya
kateqoriyasından
View All