Get me out, Freud

Vyana Turizm Ofisi və Decentraland platforması ilə birgə həyata keçirilən kampaniyada psixoanalizin atası hesab edilən Ziqmund Freydin avatarı metaverse istifadəçilərini real dünyada Vyanaya dəvət edir.

“Blockchain” texnologiyası ilə sosiallaşa, ticarət edə və hətta tədbirlər təşkil edə biləcəyiniz Decentraland-da istifadəçilər Ziqmund Freydin avatarı ilə söhbət edə bilərlər.  

Psixoanalitikin avatarı istifadəçilərə virtual aləmdən ara verməyi və əsl Vyananı görməyi tövsiyə edir. Beləliklə, kampaniya "Vyananın real dünyasının metaversedəkindən daha təsirli ola biləcəyini" göstərmək məqsədi daşıyır.  Kampaniya həmçinin 10 pulsuz Vyana turu qazanmaq və ya Vyanadakı Ziqmund Freyd Muzeyinə pulsuz giriş imkanı təqdim edir.

Hulu ID

Hulu dünyanın hər yerindən rəssam və dizaynerlərə onun simvolik yaşıl loqosunu yenidən dizayn etmələrini və ondan video kliplərdə istifadə etmələrini xahiş edib.  Kliplər arasında stop-motion animasiyasından tutmuş House Party cizgi filmi seriyasından personajlara qədər bir çox əsərlərdən ibarətdir.

Tag the game - Persil

Persil, 20 ildən artıqdır ki, "Çirklənmək yaxşıdır" şüarı altında, uşaqların sərbəst şəkildə çirklənməyə başladıqları zaman əsl potensiallarına çata biləcəklərini və ləkələrin canlı həyatın əlaməti olduğunu müdafiə edir.  Bununla belə, bu gün getdikcə daha çox uşağın açıq hava və təbiət dünyası ilə əlaqəsini itirdiyini anlayan brend uşaqları çölə çıxıb yenidən çirklənməyə təşviq etmək üçün “Tag the game” adlı yeni kampaniyaya start verir.

Oyun dünyasının hegemonluğu ilə mübarizə aparmaq əvəzinə ondan istifadə etməyə qərar verən marka, "qaçtı-tutdu" üçün kompüter oyunu treyleri hazırlayıb.  Treylerin sonunda oyunevdən çöldə oynamağın ən yaxşı seçim olduğu mesajı verilir.  Kampaniya həmçinin Twitch-də yayımçılar vasitəsilə təbliğ edilib.

THE FRIENDLY BREAK-UP COLL.FC HOME & DECO

Argentinada fəaliyyət göstərən mebel və ev əşyaları markası FC Home & Deco pandemiyadan sonra artan boşanmalara görə ayrıldıqdan sonra ikiyə bölünə bilən mebellərdən ibarət "Friendly Break-Up" adlı kolleksiya hazırlayıb.  Brend bu yeni kolleksiya ilə ayrılıq prosesində olan cütlüklərə malı bərabər bölmək imkanı verir.

Bundan əlavə, evlənəcək cütlüklərin gələcəkdə hər hansı problemli vəziyyətlə üzləşməməsi üçün ödənişlərin iki ayrı hesabdan edilməsinə icazə verilir.

Posted 
Apr 17, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All