Tozsoran və ümumən fərdi qulluq vasitələri istehsalı ilə seçilən brend məhsul çeşidini inkişaf etdirməyə davam edir. Futuristik dizaynı ilə diqqət çəkən Dyson Zone səs-küyünçirklənmiş havanın qarşısını almaq məqsədi ilə istifadəyə verilib.

Dyson daxili hava təmizləmə texnologiyası ilə səs-küyü ləğv edən "Bluetooth" qulaqlıqlarını təqdim edib.


Dyson Zone

Dyson ətraf mühitin çirklənməsinin artdığını vurğulayır. Məhsul ondan istifadə edən şəxs üçün həm hava, həm də səs-küy çirkliliyini azaltmağı hədəfləyir. Geyilə bilən texnologiya dünyasında ilk məhsulunu təqdim edən Dyson, məhsulun inkişafa açıq olduğunu da vurğulayır.

Mövzu ilə bağlı Jake Dyson aşağıdakı açıqlamaları verdi.

Havanın çirklənməsi qlobal problemə çevrilib. Bu, hər yerdə insanlara təsir edir. Dyson Zone yolda nəfəs aldığınız havanı təmizləyir. Üz maskalarından fərqli olaraq, üzünüzə toxunmadan təmiz havanı təmin etmək üçün yüksək performanslı filtrlərdən və iki miniatür hava nasosundan istifadə edir. Altı illik inkişafdan sonra mən hər yerə təmiz hava və saf səs çatdırmaqdan həyəcanlanıram.

Dyson Zone aktiv səs-küyün ləğvi xüsusiyyəti ilə yüksək səs keyfiyyətini neodim elektro-akustik sistemi ilə birləşdirir. Akselerometr sayəsində 3 səviyyəli havanın təmizlənməsini təklif edən məhsul şəhərlərdə havanın çirklənməsinin, eləcə də yoluxucu xəstəliklərin qarşısını almaq üçün nəzərdə tutulub. Şirkət məhsulun təsirli bir təmizləmə dərəcəsi təklif etdiyini vurğulayır.

Posted 
Mar 30, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All