H

&M”, yenidən emal edilmiş məhsullar istifadə edərək hazırladığı son kolleksiyasında gələcəyə doğru hərəkət etmək üçün təkrar emala və yenidən istifadəyə vurğu edir.

Kolleksiyanın təqdimatı üçün hazırlanan reklam çarxı, 2030-cu ilə qədər yenidən emal və ya bərpa edilən materiallardan istifadə hədəfinə sahib olan markanın məqsədini dəstələyir. Təkrar emal moda anlayışını mənimsəyən “H&M”, 2025-ci ilə gəldikdə plastik istifadəsini 25% azaltmağı, 2030-cu ilə qədər isə 100% bərpa edilə bilən iş modelinə keçməyi hədəfləyir.

Həm material istifadəsini azaldan, həm də mövcud parçaları yenidən istifadə edərək təkrar emal edən “H&M”, son kolleksiyası ilə məhsulların ətraf mühitə olan təsirlərinə fokuslanan Həyat Dövrü Dəyərləndirməsinə (LCA), istehsal mərhələsindəki suya edilən qənaətə və təbii ki, bərpa edilə bilən modaya diqqət çəkmək istəyir. Kolleksiyada 100% yenidən emal edilmiş parçalar, iplər, etiketlər istifadə edilsə də, ciblərin kənarlarına əlavə edilən kiçik metal hissəciklər, seplər, düymələr və digər aksessuarlar isə qismən təkrar emal edilmiş məhsullardan hazırlanmışdır. 

Yenidən emal edilərək istehsal edilən kolleksiya üçün hazırlanan “Rewind. Reuse. Renew” başlıqlı reklam filmində də bu mövzu vurğulanıb. Geriyə getmə konsepti ilə hazırlanan çarx, “Forsman & Bodenfors”a aiddir. “New Land” prodakşn şirkətindən Marcus Ibanezin rejissorluğunu etdiyi filmdə daha yaxşı gələcək üçün geriyə doğru addım atmağın vacibliyinə diqqət çəkmək istəyiblər.


Posted 
Oct 4, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All