OpenAI”ın “ChatGPT”si hazırda dünyanın ən populyar süni intellekt modelidir. Digər texnologiya nəhəngləri də bu bulağın suyundan içməkdə qərarlı görünürlər. Bu gün “Huawei” brendi də süni intellekt yarışına adını yazdırmış oldu. Çin şirkəti “NetGPT” adlı söhbət botu ilə “OpenAI”ın dünyanı sarsıdan süni intellekt modelinə meydan oxumağa çalışacaq. Firma bu yaxınlarda “Huawei NetGPT” ticarət nişanının qeydiyyatı üçün Çin Patent İdarəsinə müraciət edib.
Məhsul təsdiq prosesində olduğu üçün hələ haqqında təfərrüatlar yoxdur. Bununla belə, o, “ChatGPT”yə bənzər bir söhbət botu hesab olunur.
Şirkət daha əvvəl bildirmişdi ki, “ChatGPT”ni məhsullarına inteqrasiya etməyəcək və əvəzində daha təkmil süni intellekt texnologiyalarının inkişafına yönələcək.