I

KEA yataq otağı mebeli və yataq dəstlərini təqdim etmək üçün yeni kampaniyasında insanları yuxunun rolunu yenidən qiymətləndirməyə təşviq edən mesajlar göndərir. Bu kampaniyanın ən diqqət çəkən hissələrindən biri də “The Hare” adlı reklam çarxıdır.

Televiziya reklamı olaraq hazırlanan “The Hare” klassik Ezop nağılındakı "Tısbağa və Dovşan"dan ilham alınmışdır.

Film “Mother”ın hazırladığı “Tomorrow Starts Tonight” kampaniyası çərçivəsində çəkilib. Gecə həyatını aktiv yaşayan dovşan ilə həssas və erkən oyanan tısbağa nağılda olduğu kimi bu reklam çarxında da təzadları təmsil edir. Filmdə nümunə götürməyimiz istənən obraz yenə tısbağadır.

Reklam izləyicilərə dağınıq bir otaqdakı divanda deyil, IKEA məhsulları ilə bəzədilmiş səliqəli bir yataq otağında düzgün bir yuxu əldə etdikdə nə qazana biləcəklərini izah edir.

Sam Pilling-in rejissoru olduğu “The Hare” təxminən bir həftə əvvəl “Vimeo”da paylaşıldı və Staff Pick olaraq seçildi. Bu filmə əlavə olaraq IKEA kampaniya çərçivəsində sosial media məzmunu və yuxunun faydalarını əks etdirən bir sıra afişalar da əlavə etməyi planlaşdırır.

Posted 
Sep 18, 2020
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All