I

nstagram məzmun yaradıcıları üçün yeni ödəniş bonusları elan edib!

Business Insider-in verdiyi məlumata əsasən, bu proqram "Spring Bonus" olaraq adlanır. Bu sistem vasitəsilə məzmun yaradıcılarına Reels, foto karusellər və tək şəkilli postlar üçün pul ödəniləcək. Proqram hazırda yalnız dəvət əsasında reallaşır və 30 günlük müddət üçün 30.000 $ ödəniş nəzərdə tutulub.

Instagram Bonuses Rolling Out To Invite-Only Group

Instagram CEO-su Adam Mosseri bu yaxınlarda "Threads"də bildirib ki, izləyici sayı bir istifadəçi hesabının yaxşı göstəricilərə sahib olduğu mənasına gəlmir. Bunun əvəzinə, baxış sayı və bəyənmələr daha yaxşı göstərici hesab olunur.

Şirkət Reels videolarının gündəmdə olması üçün illərini sərf etdikdən sonra diqqətini yenidən şəkillərə gətirir. Belə ki, şirkət foto karusel, tək şəkilli post və Reels-ə gələn bəyəni və izlənmə sayına görə bahar bonusu təqdim edir. İzləyicilərin sayı baxış və bəyənmə saylarından daha az əhəmiyyətlidir. İzləyici sayı daha çox olduqda istifadəçi hesabları fərqlənir və onları tapmaq asanlaşır. Ancaq həqiqətən bir hesabın nə qədər aktual olduğunu öyrənmək istəyirsinizsə, bunun əvəzinə paylaşımlara gələn bəyəniizlənmə sayına baxmağınız kifayətdir.

Posted 
Apr 4, 2024
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All