B

akıda 1 – 2 iyun tarixlərində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əsas tərəfdaşlığı ilə regionun ən böyük oyun festivalı - “GameSummit Summer 2024” baş tutub. Sammit Azərbaycanda artıq üçüncü dəfə keçirilir və rəqəmsal yaradıcılıq sahəsinin ekspertlərini, oyun studiyaları və elektron idman həvəskarlarını bir araya gətirir. Tədbirdə Azərbaycan, Niderland, Qırğızıstan, ABŞ, Türkiyə və digər ölkələrdən olan ekspertlər videooyun yaradıcılığında müasir tendensiyalar və dünya təcrübəsi mövzularında çıxışlar ediblər.

“GameSummit Summer 2024” çərçivəsində İRİA-nın dəstək göstərdiyi və Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyasının təşkilatçılığı ilə oyun studiyaları arasında “Indie Game Award” müsabiqəsi keçirilib. Studiyalar müsabiqədə 3 nominasiya - “Ən maraqlı oyun”, “Ən unikal oyun” və “Ən yaxşı qrafika ilə oyun” üzrə yarışıblar. Müvafiq nominasiyalarda “Funtick Games”, “Nomadman Studio” “Meogen Studio” studiyaları birinciliyə nail olub. Müsabiqədə əlavə olaraq “Ən yaxşı başlanğıc” nominasiyası üzrə oyun tərtibatçılığında ilk addımlarını atan studiyalar iştirak ediblər. Bu kateqoriyada “ExTerra Studio” “StyLight Games” studiyaları, habelə Qusardan olan “Tiny Games Studio” komandası finala qədər yüksələrək yekunda qalib olublar.

İRİA-nın İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov:

“Bu sammit ölkədəki oyun sənayesinin qlobal investisiya imkanlarına çıxış əldə etməsinə və Azərbaycanın bu istiqamətdə aparıcı mərkəzə çevrilməsinə böyük töhfə verəcəkdir. Əminliklə deyə bilərik ki, “GameSummit”in keçirilməsi Azərbaycanın regionda oyun tərtibatçılığı üzrə lider mövqeyinə doğru irəlilədiyinin göstəricisidir”.

Tədbirdə videooyun yayımçılarını və tərtibatçılarını öz platformasında bir araya gətirən, onlar üçün fərqli monetizasiya, ödəniş, distribusiya və “bulud” həlləri, o cümlədən kreativ oyun yaradıcıları üçün digər istiqamətlərdə xidmətlər göstərən “Xsolla” şirkətinin təqdimatı da baş tutub. Bildirilib ki, şirkət Azərbaycanda oyun sektorunun inkişafı məqsədilə bir sıra tədbirlər və proqramlar reallaşdırmağı planlaşdırır.

Qeyd edək ki, festivalda İRİA-nın dəstəklədiyi oyun studiyaları layihələrini “Powered by IDDA” adlı “Indie game” zonasında təqdim ediblər. Belə ki, oyun zonasında 10 studiya öz layihələrini nümayiş etdirib.

Posted 
Jun 4, 2024
 in 
Gaming
 category

Daha çox

Gaming

 kateqoriyasından

View All