İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) özünün yenilənmiş rəsmi veb-saytını istifadəyə verib. Yeni platforma Agentliyin fəaliyyət istiqamətləri, təşəbbüsləri və strateji məqsədləri barədə daha dolğun və əlçatan informasiya təqdim etmək məqsədilə yaradılıb.

Yenilənmiş veb-sayt istifadəçi dostu interfeysi, müasir dizaynı və strukturlaşdırılmış məzmun təqdimatı ilə seçilir.  Yeni sayt sadə və intuitiv interfeysi sayəsində istifadəçilərə məlumatlara asan və sürətli çıxış imkanı yaradır. Çoxdilli dəstək funksiyası saytı Azərbaycan və ingilis dillərində istifadə oluna bilən əlçatan platformaya çevirir. Gücləndirilmiş axtarış sistemi isə axtarılan məlumatın saniyələr içində tapılmasını təmin edir.

Sayt üzərindən vətəndaşlar Agentliyin rəqəmsal xidmətləri, innovasiya dəstəyi, texnoloji təşəbbüsləri, startap ekosisteminə yönəlik fəaliyyətləri və rəqəmsal savadlılığın artırılması sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat əldə edə bilərlər. Yenilənmiş platforma həmçinin agentliyin fəaliyyətinə dair cari statistik məlumatların da təqdim olunduğu dinamik strukturla təchiz edilib.

Ətraflı məlumat üçün rəsmi veb-sayta daxil ola bilərsiniz: https://idda.az

Posted 
Jun 21, 2025
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All