İ

stifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün davamlı olaraq yeniliklər edən Instagram, tətbiqə bəzi yeniliklər gətirdiyini açıqladı. Elan edilən xüsusiyyətlər istifadəçilərə musiqi, fotoşəkillər və Reels videoları vasitəsilə bir-biri ilə daha yaxşı əlaqə saxlamağa imkan verəcək. Yeni gələn 3 xüsusiyyət:

Karusel postlara musiqi əlavə etmək

Siz artıq təkcə adi paylaşımlarınıza deyil, həm də karusel postlarınıza musiqi əlavə edə biləcəksiniz. Instagram məşhur müğənni və bəstəkar Olivia Rodrigo ilə əməkdaşlıq edərək yeni funksiyasını təqdim etdi. Beləliklə, Oliviya Rodrigo İnstagram-ın yeni funksiyasından istifadə edən ilk şəxs olub.

Birgə post paylaşımı (Collab) 2 nəfərdən 4 nəfərə artıb

Bildiyiniz kimi, Instagram-da 2 nəfər eyni məzmunu paylaşa bilər. Yeni funksiya sayəsində artıq 4 nəfər eyni anda birlikdə paylaşım edə bilir. Başqa sözlə, Reelspostlarda birgə post paylaşımı artıq 2 nəfərdən 4 nəfərə artıb. İstifadəçi öz postunu başqa profillərlə paylaşmaq üçün daha 3 nəfəri dəvət edə bilir.

"Add Yours" funksiyasının təkmilləşdirilməsi

Instagram-ın elan etdiyi funksiyaların sonuncusu “Add Yours” stikerləri olub. Tətbiqin istifadəçilər arasında qarşılıqlı əlaqəni sıx saxlamaq üçün hazırladığı "Add Yours" stikerlərinə yeni bir xüsusiyyət gəldi. Yeni funksiya sayəsində məzmun yaradıcıları “Add Yours” stikerləri ilə öz postlarında izləyicilərinin Reels videolarını vurğulaya bilir. Bu yolla digər istifadəçilər bu videoları görə biləcəklər. Instagram-ın açıqlamasına görə, istifadəçilər "Add Yours" stikerlərinə 10 video əlavə edə bilir. Bu halda, seçilmiş videoların sahiblərinə bildiriş gedəcək.

Posted 
Aug 14, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All