Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Instagram"da mesajları redaktə etmək mümkün olacaq

Instagram profil fotoğrafı büyütme, Profil fotoğrafı büyütme engelleme, Instagram özelliği

"Instagram" DM redaktə xüsusiyyəti sayəsində səhv göndərdiyiniz və ya dəyişmək istədiyiniz mesajlara nəzarət etmək mümkün olacaq. Mesajı göndərdikdən sonra 15 dəqiqə ərzində üzərinə klikləməklə dəyişiklik edə bilərsiniz. Bununla belə, həmin mesajın yanında “redaktə olunub” ifadəsi yer alacaq.

“Huawei” elektrikli avtomobil fabriki qurur

“Huawei” və Çin istehsalçısı “JAC” yeni avtomobil fabriki üçün razılığa gəliblər. Çin şirkətləri ilə əməkdaşlığını artıran "Huawei" həmçinin yeni elektrik avtomobil fabrikini də gücləndirəcək. “JAC”“Huawei” tərəfindən imzalanan müqavilə nəticəsində ağıllı avtomobillər üçün birgə “gigafactory” qurmaq işləri sürətləndiriləcək. İki şirkətin yeni müəssisəsi illik 200 min elektrikli avtomobil istehsalına sahib olacaq. Ümumi investisiyanın 550 milyon dollar civarında olacağı bildirilib.

"Microsoft" "Bosch" ilə birgə əməkdaşlıq edib

Süni intellekt investisiyaları ilə gündəmdə qalan "Microsoft" bu dəfə "Bosch" ilə uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, iki şirkət sürücüsüz avtomobillərdə süni intellekt dəstəyinin əhatə dairəsini genişləndirmək üçün birlikdə çalışacaq. Bununla da, sürücülük təhlükəsizliyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması gözlənilir.

ChatGPT indi verdiyi cavabları səsləndirə bilir

ChatGPT artıq istəsəniz iOSAndroid proqramlarında, eləcə də veb versiyasında hazırladığı cavabları səsləndirə bilər. Videoda göstərilən infrastrukturda xüsusiyyətin necə işlədiyi görünür. Bu yeni funksiya istifadəçilərin söhbət botu ilə daha təbii söhbət etməsinə imkan yaradacaq.

macOS 14.4 RC versiyası çıxdı

“Apple” son həftələrdə iOS və iPadOS 17.4 Release Candite (RC) yeniləmələrini paylaşdı. iPhone və iPad-lər üçün təhlükəsizlik və əlçatanlığa diqqət yetirən bu yeniləmələr nəhayət digər “Apple” cihazları üçün də əlçatan olub. Bu kontekstdə macOS 14.4, watchOS 10.4, visionOS 1.1 və tvOS 17.4 RC versiyaları artıq təqdim olunub.

Bildirilir ki, bütün beta versiyaları kimi, macOS Sonoma 14.4 RC paketində də uyğunluq və səhvlər ola bilər. Apple bu mərhələdə tapılan bütün kritik səhv düzəlişlərini qarşıdan gələn stabil buraxılışa daxil edəcək.

macOS 14 Sonoma ilə uyğun gələn Mac cihazları:

iMac (2019 və daha yeni)

iMac Pro (2017 və daha yeni)

Mac mini (2018 və daha yeni)

MacBook Air (2018 və daha yeni)

MacBook Pro (2018 və daha yeni)

Mac Pro (2019 və daha yeni)

Mac Studio (2022 və daha yeni)

Posted 
Mar 5, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All