Son bir neçə ay ərzində “Instagram” lentanızda bəzi dəyişiklikləri, xüsusən də, video kontentlərlə bağlı xüsusi nələrsə hiss etmisinizsə, tək deyilsiniz.

“Instagram”ın rəhbəri Adam Mosseri 26 iyul tarixində paylaşdığı videosunda platformaya müraciətlə yazılan istifadəçi şikayətləri haqqında danışıb. 

O qeyd edib ki, hazırda “Instagram” öz “feed” dizaynında fotolara üstünlük versə və heç nə dəyişməsə belə, istifadəçilərin çoxu video məzmunla maraqlanır. Həm izləyici, həm də kontent yaradıcısı olaraq.

Adam Mosserinin “Instagram” istifadəçilərinə olan müraciətində xüsusi bir digər məqam odur ki, onun sözlərinə görə, platforma hələki bir çox yeni funksiyanı test edir. Yəni bizim lentamızda gördüyümüz böyük ölçüsü videolar sadəcə bu test mərhələsinin hissəsidir.

Bir çox “Instagram” izləyicisi üçün bu video böyük əhəmiyyət daşıyır. Çünki burada həm platformanın hələ də şəkillərə önəm verdiyini onların dilindən eşitmiş oluruq, həm də yeniliklərin gəlməsi ilə bərabər hələ də istifadəçilərin fikrinin önəmsəndiyini.

Qeyd edək ki, Adam Mosserini bu cürə video çəkməyə məcbur edən məqamlardan biri, yəqin ki, amerikalı fotoqraf Tatinin “Instagram”da paylaşdığı, 2 milyondan çox bəyəniyə sahib olan bu postdur. Post 23 iyulda paylaşılıb.

Posted 
Jul 28, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All