D

ünyanın ən məşhur platforması “Instagram” yeni funksiya üzərində işləməyə davam edir. Alessandro Paluzzinin paylaşdığı ekran görüntüsündən görünən budur ki, “Instagram”da süni intellektlə dəstəklənən söhbət botu istifadəyə verilə bilər.

“Instagram”ın yeni söhbət botu sualları cavablandıra və məsləhət verə biləcək.
Instagram

Alessandro Paluzzi tərəfindən paylaşılan ekran görüntüsü “Instagram”ın süni intellektlə dəstəklənən söhbət botunun sualları cavablandıra biləcəyini göstərir. Həmçinin bu yeni funksiya vasitəsilə tövsiyələr ala biləcəyik. Ekran görüntüsündə, həmçinin söhbət botunun 30 fərqli versiyasının olacağı və istifadəçilərin onlardan birini seçərək danışmağa başlayacağı bildirilir. Lakin bu 30 fərqli versiyada hansı fərqlərin olduğu aydın deyil.

“Instagram” tərəfdən isə bu söhbətlə bağlı hələlik bir açıqlama nəzərə çarpmayıb.

Posted 
Jun 7, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All