"

Intel” bu gün sözün əsl mənasında “Aurora” seriyasını elan edib. “Aurora Superkompüter”i ilə başlayan elanlar daha sonra 1 milyon parametr ehtiva edən “Aurora genAI” xəbərləri ilə davam edib. Yeni süni intellekt modeli “Aurora genAI” ChatGPT-yə rəqibdir. Lakin onlar tam olaraq eyni sinfə aid deyillər.

Intel Aurora Supercomputer Will Touch 2 ExaFLOPs of Computational Power |  TechPowerUp

“ChatGPT”, əsasən gündəlik ehtiyaclar üçün istifadəçilərin yararlandığı süni intellektdir. Çətin riyaziyyat məsələlərini həll etmək, mövzu ilə bağlı mətn hazırlamaq və xarici dilə tərcümə etmək kimi işlərlə məşğul olur. Ancaq “Aurora genAI” süni intellekt modelinə gəldikdə, vəziyyət fərqlidir. “Aurora genAI” gündəlik istifadə üçün deyil, daha çox elm dünyası üçün işlənib-hazırlanmışdır. İlk növbədə 1 milyon parametrin yüklənəcəyi “Aurora genAI” elm aləmində suallara cavab axtarmağa kömək edəcək. ChatGPT-nin 175 milyon parametri ilə müqayisədə “Aurora genAI” 5,75 dəfə böyük modeldir.

История Intel - Hi-News.ru

“Megatron”“DeepSpeed”in təməlləri üzərində qurulan “Aurora genAI” ümumi mətn, elmi mətnlər, elmi məlumatlar və lazımi sahə ilə bağlı kodlar üzrə təlim keçəcək. O, həmçinin aşağıdakı sahələrə diqqət yetirəcək:

  1. Sistem Biologiyası;
  2. Xərçəng araşdırması;
  3. İqlim Elmi;
  4. Kosmologiya;
  5. Polimer Kimyası və Materialları;
  6. Elm.

Açıqlamadan sonra çıxış tarixi ilə bağlı açıqlama verilib. “Aurora genAI”ın bütün istifadəçilər üçün açıq olub-olmayacağı və ya elmin geniş danışıldığı universitetlər və laboratoriyalar kimi qurumlar tərəfindən istifadə edilib-edilməyəcəyi də hələ bəlli deyil.

Posted 
May 23, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All