R

əqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “Bakı Telefon Rabitəsi”MMC (“Baktelecom”) 1 Gbit/s internet sürət testlərinin nəticələrini açıqlayıb. Müəyyən olub ki, “Baktelecom” Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s sürət həddini əldə edib. “Baktelecom” GPON texnologiyası əsasında 1 Gbit/s sürətli internetin təmin edilməsi istiqamətində “Nokia” ilə birgə apardığı işləri yekunlaşdırmaq üzrədir.

“Hazırda texniki infrastruktur yaradılıb və layihənin tətbiqi üçün müxtəlif model mobil cihaz və notbuklarda müvafiq testlər aparılıb. Müxtəlif tezliklər və kanal genişliyində edilən testlər uğurla nəticələnib”.
EPON vs GPON. The Difference | Learn | Hitron Americas

Növbəti mərhələdə yeni sürət üzərindən tariflərin formalaşdırılması və bazara təqdim edilməsi planlaşdırılır. Bu, “Baktelecom” müştərilərinə hazırda bazarda mövcud olan ən sürətli internetdən 10 dəfəyədək artıq sürət əldə etmək imkanı verəcək. Bundan əlavə, istifadəçilər cihazların istismarı zamanı sərf edilən enerjiyə 40 %-dək qənaət edə biləcəklər. Passiv Optik Şəbəkənin (PON) yeni standartı olan “XGS-PON”un (10 giqabitlik simmetrik passiv optik şəbəkə) tətbiqi ilə istehlakçı genişzolaqlı şəbəkə üzərindən 4K təsvir ölçüsündə video, şəbəkə oyunları, VR (virtual reallıq) və digər irihəcmli məlumatların sürətli transferini tələb edən xidmətlərdən faydalana biləcək. Qeyd edilir ki, 1 Gbit/s sürətində internetin istifadəsi yalnız bu sürəti dəstəkləyən mobil və ya kompüter cihazlarında və “Baktelecom” tərəfindən təqdim edilən xüsusi modem üzərindən mümkündür. Böyük sahələrə gəldikdə isə əlavə sürət paylaşıcılarından istifadə edilərək 1 Gbit/s sürətinin effektiv və kəsintisiz təmin edilməsi mümkündür.

Posted 
Jun 6, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All