T

exas ştatının Hyuston şəhərindəki “The Woodlands College Park” Liseyinin tələbəsi Siddhu Pachipala intihara meylliliyin əlamətlərini erkən aşkar etmək və potensial intiharların qarşısını almaq üçün süni intellekt dəstəkli “SuiSensor” mobil tətbiqini hazırlayıb.

Yapay Zeka Hayat Kurtaracak! İşte Detaylar - StartupTeknoloji

Sual olunur ki, süni intellekti bu barədə məlumatlandıran mənbə nədir? Pachipala peşəkarlar tərəfindən aparılan tibbi araşdırmalardan və bu tədqiqatların dərc olunduğu jurnallardan istifadə edib. Gənc proqramçı hesab edir ki, bu texnologiya köhnəlmiş diaqnostika üsullarını əvəz edə bilər. O düşünür ki, yeniyetmələrdəki “kağız üzərində” intihar əlamətlərinin bilinməsi çox uzun çəkir və erkən qarşısının alınması onları xilas etmək üçün əsas ola bilər. Tətbiqin əsaslandığı əsas göstəricilər bunlardır: əhval dəyişikliyi, ümidsizlik və yuxu rejimi dəyişiklikləri.

“SuiSensor” bu neqativ əhvali-ruhiyyəni təhlil etmək üçün istifadəçi tərəfindən yazılanları skan edir. Təbii danışıq, nitq sayəsində bu cür risklər böyüməzdən əvvəl aradan qalxa bilir. Xülasə, proqram insanların yazı nümunələrinə istinad edərək çalışır.

Tətbiq yaxınlıqdakı mütəxəssislə əlaqə saxlamağa imkan yaradır.
Siddhu Pachipala - Society for Science

Tətbiqə, həmçinin istifadəçinin daxili aləmində həll olunmamış problemlərinin olub-olmadığını görmək üçün bir test daxil edilib. Nəticələr nəinki tibb işçisi ilə paylaşıla bilər, hətta tətbiq vasitəsilə peşəkarlarla əlaqə saxlamaq da mümkündür. Pachipala iddia edir ki, proqramın proqnozları 98 % dəqiqliklə verilir. Harvard Universitetinin psixologiya professoru Matt Nock da hesab edir ki, machine learning bu cür problemlərin həllində faydalı ola bilər.

Pachipala bu proqramla “Regeneron Science Talent Search” müsabiqəsində iştirak hüququ almışdı. O, müsabiqədə 9-cu yeri tutaraq 50 000 dollar mükafat da qazandı. Sonda əlavə edək ki, tətbiq hələ yayımlanmayıb.

Posted 
Jun 1, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All