iOS və Android əməliyyat sistemini işlədənlər üçün yeni emojilər gələcək. 

“Emojipedia” platforması qeyd edir ki, 31 yeni emoji bu ilin sentyabr ayında "The Unicode Konsorsium"u tərəfindən təsdiqlənməyə hazırdır. Bazar günü “Ümumdünya Emoji Günü”nə ithafən gələn yeni emojilərin bir neçəsini sizə təqdim edirik.

Siyahıya eşşək, qaz, siçan, meduza, qarğa, titrəyən üz, bir neçə yeni rəngdə ürək, fleyta, wi-fi və zəncəfil kimi maraqlı seçimlər daxildir.

“Emojipedia”ya görə, bu il az emoji əlavə edilib. Keçən il 112 yeni emoji, və 2020-ci ildə isə Unicode standartına 334 yeni emoji əlavə edilmişdi.

Posted 
Jul 15, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All