E

Sentyabrda bazara çıxması gözlənilən iPhone 13 seriyası haqqında yeni detalların olduğu bir hesabat yayımlandı. iPhone 13 seriyasına yeni rənglər əlavə edildi.

Yeni hesabatlar, iPhone 13 seriyasında dörd model olacağını göstərir: iPhone 13, iPhone 13 Mini, iPhone 13 Pro ve iPhone 13 Pro Max. Bu telefonlarla bağlı daha öncə bəzi görüntülər ortaya çıxsa da, 13 iyul tarixində iPhone 13 Pro modelinin yeni  yüksək keyfiyyətli görüntüsü internetə sızdırıldı. Beləliklə, telefonun dizaynı haqqında daha ətraflı məlumat əldə edə bildik. Ortaya çıxan bu görüntülər, qara və ağ rəng seçimləri ilə birgə "Apple"ın qızılı tonlu iki yeni rəng seçimi təqdim etməyə hazırlaşdığını göstərir.

iPhone 13 seriyası haqqında bir yeni məlumat da gəldi.
iPhone 13 seriyası haqqında bir yeni məlumat da gəldi.

Deyilənlərə görə yeni rənglərdən birisi “Sunset Gold” olaraq, digəri isə “Rose Gold” adlandırılacaq. "Apple" tərəfindən hələ ki, rəsmi bir açıqlama gəlməməsi səbəbi ilə bu haqqda dəqiq olaraq bir şey demək çox tezdir.

Kamera hissəsinin dizaynına gəldikdə isə böyük ehtimalla eyni qalacaq.

Hesabatlar göstərir ki, yalnız iPhone 13 Pro seriyası "LiDAR" sensoru ilə gələcək. Daha əvvəllər, şirkətin bu sensoru bütün seriyaya daxil edəcəyi deyilsə də, deyəsən  "Apple" bunu yalnız Pro modellerinə daxil edəcək. Bu dəyişikliyin səbəbi isə məlum deyil.

Posted 
Jul 14, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All