Apple-ın satışa çıxarmağa hazırlaşdığı iPhone 14 seriyası haqqında məlumatlar gəlməyə davam edir.

Bu dəfə iPhone 14 Pro Max-ın ölçülərini və dizaynını ortaya qoyan texniki təsvirlər sızdırılıb.

Sentyabrda təqdim edilməsi gözlənilən iPhone 14 Pro Max-ın texniki təsvirləri internetə düşüb. Dərc edilmiş şəkillər flaqman smartfonun ölçüləri haqqında təsəvvür yaratmağa imkan verir. Eyni zamanda cihazın ümumi dizaynını göstərir.

Texniki təsvirlərdəki dəyərlərə əsasən, iPhone 14 Pro Max 160,71 x 78,58 x 7,85 mm ölçülərə sahib olacaq. Kamera blokunu da nəzərə alsaq, smartfonun qalınlığı 12,02 mm-ə çatacaq.

iPhone 14 Pro Max-ın texniki təsvirləri sızdırılıb

Daha qalın və daha ağır olacaq

iPhone 14 Pro Max-ın iPhone 13 Pro Max-dan bir qədər qalın olacaq. Həmçinin cihazda daha böyük kamera blokunun olduğunu görə bilirik. Əvvəllər sızan məlumat smartfonun 48 meqapiksellik əsas kamera ilə təchiz ediləcəyini üzə çıxarmışdı.

Çəki baxımından iPhone 14 Pro Max-ın 240 qramlıq iPhone 13 Pro Max-dan daha ağır olacağı gözlənilir. Apple yeni seriyasını sentyabr ayında təqdim edəcək. Məlumatlara görə iPhone 14 ailəsində cəmi dörd model təqdim ediləcək.

Posted 
Jul 16, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All