"

iPhone 15”in təqdimatına cəmi bir neçə ay qaldığı halda, “iPhone 16” seriyası ilə bağlı vacib məlumatlar artıq paylaşılmağa başlayıb. iPhone 16 ProiPhone 16 Pro Max üçün yeni məlumatlar ekran ölçülərində böyümənin olacağını göstərir. İddialar gerçəkləşərsə, gələn ilin iPhone-ları indiyədək təqdim olunan ən böyük “iPhone” olacaq.
“Display Supply Chain Consultants”dan displey sənayesi analitiki Ross Young-a görə, 2024-cü ildə buraxılacaq iPhone 16 ProiPhone 16 Pro Max modellərinin ekran ölçüləri müvafiq olaraq təxminən 6,3 düym6,9 düym olacaq. Ekran ölçülərinin yuvarlaqlaşdırılmış dəyərlər olduğunu ifadə edən Young, yaxın zamanda daha dəqiq detalları açıqlayacağını söylədi.
Müqayisə üçün qeyd edək ki, iPhone 14 ProiPhone 14 Pro Max müvafiq olaraq 6,1 düym6,7 düymlük ekranlara malikdir və bu ölçülərin bu ilin sonunda satışa çıxarılacaq iPhone 15 Pro modelləri ilə dəyişməsi gözlənilmir. Young-ın məlumatları çox vaxt doğru olur. Bundan əvvəl o, ProMotion-un “iPhone 13 Pro”“MacBook Pro”ya gələcəyini, 6-cı nəsil “iPad mini”nin daha böyük 8,3 düymlük ekranla təchiz ediləcəyini və bir çox başqa detalları ilk dəfə paylaşmışdı.

Posted 
May 9, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All