B

ilirik ki, “ChatGPT”nin bizə təqdim olunan versiyasında şəkillərin və videoların təhlili mümkün deyil. Yaxşı, bəs model bunu bacarsaydı nə olardı? Bu sualın cavabını süni intellekt üzrə proqramçı Mckay Wrigley-dən soruşmalıyıq. O, iPhoneMacBook-dan istifadə edərək yazdığı proqram sayəsində “ChatGPT”yə göz verib. “ChatGPT”, həmçinin ətrafdakı obyektləri analiz edərək, təkliflər verir.

Wrigley-in ətrafında olan bütün əşyalar, eləcə də onun soyuducusundakı yemək və içkilər bu süni intellekt tərəfindən tanınır. Bu məlumatlar əvvəlcə “ChatGPT”yə təqdim olunur. “ChatGPT” əvvəlcə sualla hansı obyektlərin ətrafında olduğunu öyrənir, sonra isə həmin obyektlər haqqında digər suallara cavab verir.

chatgpt

Məsələn, Wrigley “ChatGPT”yə soyuducudakı obyektləri tanıdır. Sonra o, “ChatGPT”dən soyuducunun içindəkilərə uyğun resept təqdim etməyi xahiş edir. “ChatGPT” internetdə qısa axtarışdan sonra uyğun resepti deyir.

Posted 
May 4, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All