İRİA kibertəhlükəsizlik və innovasiya ekosistemini gücləndirir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Mastercard kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Razılaşma çərçivəsində ölkədə qabaqcıl kibertəhlükəsizlik texnologiyalarının tətbiqi, kiberdayanıqlılığın gücləndirilməsi, startapların inkişafı və peşəkar bacarıqların artırılması nəzərdə tutulur.

İRİA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Vistar” Mükəmməllik Mərkəzində isə ikinci dalğanın məzun günü keçirilib. Proqramdan 30 nəfər məzun olub və onlar süni intellekt və kosmik texnologiyalar əsasında 6 startap layihəsi təqdim ediblər.

Həm kibertəhlükəsizlik əməkdaşlığı, həm də “Vistar” proqramı İRİA-nın ölkədə innovasiya ekosistemini gücləndirmək, insan kapitalını inkişaf etdirmək və startapların beynəlxalq bazara çıxışını dəstəkləmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.



