N

ASA kosmik tullantıları təmizləmək üçün bir şirkətlə yeni bir təşəbbüs irəli sürüb. Görünür, yuxarıdakı kosmik tullantılara əl atmağın vaxtıdır.

Kosmik tullantılardakı hissəciklərdən biri hazırda istifadə edilən peyklərdən biri ilə toqquşsa belə, onları dərhal yararsız hala sala bilər. İnkişaf edən texnologiya ilə peyklərin sayı və buna uyğun olaraq kosmik zibiltəhlükələr gələcək illərdə daha da artacaq.

Elon Musk says his spaceship will eat up space junk. How is that possible?

NASA alimi Donald Kessler 1978-ci ildə domino effekti ssenarisini təsvir etdi. Bu ssenaridə bir toqquşmadan yaranan tullantılar daha çox toqquşmalara səbəb olur. Hər biri orbitdə heç bir şey qalmayana qədər daha çox dağıntı yaradır. Bu ssenari “Kessler effekti” adlanır. (2013-cü ilin “Gravity” elmi fantastika filmi bu ssenari əsasında çəkilib).

Əlbəttə, kosmik tullantılar ilə bağlı məsələlər aktuallığını qorumağa davam edir. SpaceNews xəbər verir ki, TransAstra adlı şirkət orbitdəki zibilləri təmizləmək üçün nəzərdə tutulan xüsusi torba istehsalı üçün NASA ilə 850 min dollarlıq müqavilə imzalayıb.

Aşağı Yer orbitinin kosmik tullantıları hazırda planetimizin orbitində hərəkət edən minlərlə funksional peyk, həmçinin Beynəlxalq Kosmik Stansiyanın ekipajı və bu yaxınlarda Çin tərəfindən orbitdə yerləşdirilmiş stansiya üçün davamlı olaraq ciddi təhlükə yaradır! Bir kosmik gəminin bu tullantılar ilə toqquşmamasının yeganə yolu manevr etməsidir. Lakin bu, yalnız müvafiq obyektlərin hərəkət trayektoriyası dəqiq məlum olduqda mümkün ola bilər.

Bəs ilk kosmik tullantının nə olduğunu bilirsiniz?

Sputnik 1 - Wikipedia


İlk kosmik tullantı Sputnik I hesab olunur. Sputnik I süni peyki 4 oktyabr 1957-ci ildə orbitə buraxıldı. 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir.

Hazırda orbitdə olan ən böyük kosmik tullantılardan biri Envisat müşahidə peykinin 8 tonluq zibilidir. Bu kosmik tullantıların 150 ilə qədər orbitdə qalacağı və təhlükə yaratmağa davam etdiyi düşünülür.

ESA - ESA declares end of mission for Envisat

NASA-nın 2021-ci ildə açıqladığı hesabata görə, hazırda təxminən beysbol topu böyüklüyündə ən azı 26.000 kosmik zibil zərbə zamanı funksional bir peyki məhv edə bilər. Kosmik gəmilərə və ya peyklərə zərər verə biləcək mərmər ölçüsündə 500.000-dən çox zibil var. Hər biri kosmik geyim olan skafandrı deşə biləcək duz dənəsi böyüklüyündə isə 100 milyondan çox zibil mövcuddur.

What is Space Junk and How Does It Affect the Environment?

Tullantılar köhnə raket hissələri, istismardan çıxarılan peyklərdən ibarətdir. NASA və onun həmkarları dağıntılardan qurtulmağın başqa yollarını axtararkən, bir sıra özəl şirkətlər bu problemi həll etmək üçün istifadə oluna biləcək sistemlər hazırlayır.

NASA-nın Kosmik torba planı necə işləyəcək?

Kaliforniyada yerləşən startap tərəfindən hazırlanmış torba bir parça zibil tutmaq üçün açılıb yenidən bağlanan şişmə torbalardan istifadə edir. Bu yeni təşəbbüsün ilk sınaqları yer səthində baş tutacaq. Uğurlu olarsa, şişmə torba sınaq üçün aşağı Yer orbitinə göndəriləcək.

Posted 
Aug 31, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All