B

u gün kriptoməhsullara sərmayə qoyanlar gördükləri hər şeyin “kriptopul” olduğunu düşünürlər. Bu, böyük səhvdir. Bu məqalədə kriptopul və tokenlər arasındakı fərqlərdən danışacağıq.

Kriptopul ilə token fərqli şeylərdir. “Binance” kimi birjalarda satılan vahidlərin bəziləri kriptopullar, bəziləri isə əslində, tokenlərdir. Bu aləmdə bu terminlər çox vaxt birlikdə istifadə olunurlar. Əslində, bu səhv deyil. Kriptopullarla tokenlər bir-birinə həm yaxın, həm də uzaqdırlar. Gəlin, kriptopulların və tokenlərin xüsusiyyətlərinə bir daha yaxından nəzər salaq.

kripto para token ayrımı

Kriptopulların özəllikləri bunlardır: 

  1. Özlərinə aid blokçeyn şəbəkələri var;
  2. Mübadilədə istifadə olunurlar, bir sözlə puldurlar;
  3. Sistem təhlükəsizliyini təmin etmək üçün şifrlənirlər (kriptoqrafiya); 
  4. Kodlarla idarə olunurlar, heç bir səlahiyyətli orqana tabe deyillər.

Bəli, elədir ki, var. “Bitcoin” həqiqətən də bir kriptopul vahididir. 

Diqqət etsəniz, bu sadalanan xüsusiyyətlər “Bitcoin”də var. Buradan belə nəticəyə gəlmək olar ki, “Bitcoin”i kriptovalyuta kimi qəbul edə bilərik. Həmçinin “Ethereum” da “Bitcoin” kimi kriptovalyuta hesab olunur. İndi isə tokenin özəllikləri: 

  1. Özlərinə aid blokçeyn şəbəkələri yoxdur; 
  2. Onlardan sadəcə pul kimi deyil, oyun oynamaq, xidmətlərə çıxışı təmin etmək və “DeFi” prosedurlarını tamamlamaq üçün də istifadə oluna bilər; 
  3. Şifrləmə xüsusiyyətləri yoxdur; 
  4. Bir şəxs və ya bir quruma aid ola bilər. İstəsən sən də öz tokenini yarada bilərsən;
  5. Alt siniflərə bölünə bilir.

Tokenlərin böyük bir qismi “Ethereum” şəbəkəsində qurulub. “Ethereum” əsl nemətdir. Buna görə də token işləyib-hazırlamaq istəyəndə daha çox “Ethereum”a üstünlük verilir.

Fan Token

Kriptopul ilə tokeni necə fərqləndirək?
Ən sadə yolu rəsmi saytına daxil olub, “whitepaper”inə göz atmaqdır.
Əgər özünə aid bir şəbəkəsi olduğunu gördünüzsə, o bir kriptopuldur.

Bəs “whitepape” nədir?

Texniki sənəd kimi düşünə bilərsiniz. Oxuduqdan sonra ona yatırım etmək istədiyinizi, məhsulun gələcək vəd edib-etmədiyini bilmiş olacaqsınız. 

Kripto para mı token mi

Əgər bir kriptoməhsula investisiya etmək istəyirsinizsə, əvvəlcə onun texniki sənədini oxuyun. Sənədi diqqətlə oxusanız, məhsulun perspektivli olub-olmadığını asanlıqla anlayacaqsınız. İnanın, bunun üçün ekspert olmağa gərək yoxdur. Beləliklə, siz uzunmüddətli investisiyalarda beləcə iştirak edə bilərsiniz. Əmin olun, bu aləmdə verilə biləcək ən yaxşı investisiya tövsiyələrindən biri “whitepaper”i oxumaq tövsiyəsidir.

Posted 
Apr 22, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All