Real dünya ilə rəqəmsal dünyanı bir araya gətirməyi hədəfləyən “metaverse” layihələrinin bütün dünyada bu qədər səs-küy yaratdığı vaxtda bu mövzuya ən çox diqqət yetirən sənayelərdən biri də əlbəttə ki, moda sənayesi idi. Ötən günlərdə moda sənayesinin rəqəmsal dünyaya marağını göstərən bir tədbir keçirildi.

Paris Moda həftəsi çərçivəsində şou təşkil edən dünyaca məşhur lüks moda evi “Loewe” piksellərdən ibarət və “Minecraft” oyununu xatırladan geyimlərini modellərin üzərində nümayiş etdirib. Modellərin əynindəki kapüşonlu svitşot, futbolka, şalvar və idman dəstləri oyunlarda görməyə alışdığımız piksel-piksel dizaynlardan ibarət idi.

“Loewe”nin piksel geyim nümayişi:

Xüsusilə “Facebook”un (yeni adı ilə “Meta”) “metaverse” layihəsini təqdim etməsi ilə bu sektora maraq xeyli artdı. “Prada”, “Balenciaga” və “Thom Browne” kimi brendlər öz geyimlərini “Meta”nın avatar mağazasına yüklədi, “Gucci” “Roblox” ilə müqavilə bağladı və öz virtual mağazasını açdı, “Balenciaga” isə “Fortnite” ilə müqavilə imzalayaraq oyundaxili geyimlərini geymerlərə təqdim etdi.

Təbii ki, “metaverse” və buna bənzər layihələrin gələcəkdə necə bir yer tutacağınının şahidi olmaq üçün gözləmək lazımdır. Bu gün bir çox layihələrin hazırlanması davam etsə də, bu layihələrin standart istifadəçilər tərəfindən mənimsənilməsi vaxt alacaq.

Posted 
Oct 6, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All