M

Maxi.az Qadınlar Günü üçün hazırladığı reklam çarxı ilə insanların qəzəbinə tuş gəldi.

Qadınlar yemək bişirməli, təmizlik işləri görməli, həyat yoldaşının geyimlərini ütüləməli" kimi mesajların olduğu Qadınlar Günü ilə bağlı filmə sosial media istifadəçiləri ciddi reaksiya göstəriblər. Son 10 ildə dünyada cinslərin çiyinlərinə qoyulan sosial rolları dəyişdirmək üçün ciddi səy göstərilir. Xüsusilə yemək bişirmək, ütüləmək, təmizlik işləri görmək, paltar yumaq, qab yumaq kimi ev işləri və uşaq böyütmək kimi yüklər həmişə qadınların çiynindədir. Uşaqların bu obrazları ailədə və cəmiyyətdə görərək öyrəndiyini nəzərə alsaq, bu cür dəyişiklikləri əvvəlcə özümüzdən başladaraq davamlı bir dəyişikliyə nail ola bilərik.

Yemək bişirmək qadının vəzifəsi deyil" dedikdə, evdə yalnız qadın yemək bişirərsə və ya yalnız qadın körpənin bezini dəyişdirərsə, gələcək nəsillər üçün bu hal çox da xoş olmaya bilər.

Cəmiyyətin həssas olduğu məsələlərə qarşı yanaşmada markalara böyük məsuliyyət düşür. Medianın gücündən istifadə edərək milyonlarla insana çatmaq, əslində onlara düzgün mesajla böyük bir dəyişiklik etmək imkanı verir. Eynilə, yanlış bir mesajla milyonlarla insanın qəzəbinə də səbəb ola bilərlər.

Posted 
Mar 2, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All