FTC-nin Microsoft-un Activision Blizzard-ı almasına mane olmaq üçün müraciət etdiyi məhkəmə Microsoft-un lehinə qərar qəbul edib.

Will the FTC Block Microsoft From Acquiring Activision Blizzard? Legal  Experts Are Divided - IGN

San-Fransiskodakı federal məhkəmə Microsoft-un Activision-ı 69 milyard dollara satın alması ilə bağlı razılaşmanın planlaşdırıldığı kimi davam edə biləcəyinə qərar verib. Məsələni şərh edən Microsoft-un prezidenti Brad Smith sürətli qərara görə məhkəməyə minnətdar olduqlarını bildirib. FTC keçən ay Microsoft kompüter oyunları şirkəti olan Activision Blizzard-ı satın almasının qarşısını almaq üçün müvəqqəti məhdudlaşdırma tədbiri üçün məhkəməyə müraciət etdi. Ərizədə Microsoft-un Activision-ı almasına icazə veriləcəyi təqdirdə bazarda rəqabətin pisləşəcəyi ilə bağlı narahatlıqların olduğu bildirilib.

Xbox oyun sisteminin istehsalçısı olan Microsoft, 2022-ci ilin yanvar ayında "Call of Duty""World of Warcraft" kimi oyunların istehsalçısı Activision Blizzard-ı təxminən 69 milyard dollara almaq planını açıqladı. Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi (CMA) 2022-ci ilin sentyabrında sövdələşmənin nəzərdən keçirilməsinə başladı və Microsoft və Activision Blizzard arasındakı razılaşmanın bulud oyunları bazarının gələcəyini dəyişdirəcəyi ilə bağlı narahatlıqlarını əsas gətirərək bu ilin aprelində alışı blokladı.

Microsoft Beats FTC in Case to Buy Activision – The Hollywood Reporter

Avropa İttifaqı (Aİ) rəqabət araşdırmasını tamamladı və Microsoft-un Activision Blizzard-ı almasını təsdiqlədi. Avropa İttifaqının təsdiqi üçün Microsoft, Avropa istehlakçılarına Activision-un oyunları üçün 10 illik pulsuz bulud oyun xidmətləri təqdim etməyi öhdəsinə götürüb.

Posted 
Jul 12, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All