Mərkəzi Bank yeni 100 manatlıq əskinası dövriyyəyə buraxır.

Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayn və müasir mühafizə elementləri ilə 100 manatlıq əskinasın 15 iyul 2026-cı ildən dövriyyəyə çıxarılacağını açıqlayıb. Əskinasda 3D holoqram, “Spark Flow Prime” dinamik Manat simvolu, su nişanı, mikromətnlər və digər təhlükəsizlik elementləri tətbiq olunub. Görmə məhdudiyyətli şəxslər üçün toxunaraq tanıma xətləri əlavə edilib və əskinasın arxa üzü şaquli dizaynla hazırlanıb.

Yeni 100 manatlıqda Taleh Kazımov imzası yer alır və köhnə əskinasla paralel dövriyyədə istifadə olunacaq.

Posted 
Apr 15, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All