Platformaların Azərbaycanda fəaliyyəti üçün Mərkəzi Bank lisenziyası olmalıdır

Azərbaycan Mərkəzi Bankı xarici investisiya platformalarının ölkədə fəaliyyət göstərməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Qurum bildirir ki, xarici ölkədə alınmış lisenziya həmin platformaya avtomatik olaraq Azərbaycanda investisiya xidmətləri göstərmək hüququ vermir.

Mərkəzi Bankın apardığı son monitorinqlər zamanı bəzi xarici platformaların sosial media, seminarlar və digər kommunikasiya kanalları vasitəsilə Azərbaycanda investisiya xidmətləri kimi təşviq edildiyi müəyyənləşdirilib. Belə hallarda platformanın ölkə daxilində müvafiq icazəyə malik olub-olmaması xüsusi əhəmiyyət daşıyır.

Qurum vətəndaşlara investisiya etməzdən əvvəl xidmət göstərən platformanın Azərbaycanda fəaliyyət üçün Mərkəzi Bank tərəfindən verilmiş müvafiq lisenziyaya sahib olub-olmadığını yoxlamağı tövsiyə edir. Xarici şirkətin başqa ölkənin tənzimləyici qurumundan lisenziya alması isə Azərbaycan ərazisində fəaliyyət üçün kifayət etmir.

Mərkəzi Bank həmçinin investorların hüquqlarının və vəsaitlərinin qorunması baxımından yalnız lisenziyalı investisiya şirkətləri ilə işləməyi tövsiyə edir. Azərbaycanda fəaliyyət göstərməsinə icazə verilmiş investisiya şirkətlərinin siyahısı Mərkəzi Bankın rəsmi internet resursunda yerləşdirilir.

Posted 
Aug 24, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All