Meta-nın Reality Labs bölməsində çalışan işçilərin təxminən 10%-i, yəni 1,500 nəfər işdən azad edilib.
Bu məlumatı Wall Street Journal yayıb.
Şirkət açıqlayıb ki, metaverse investisiyalarının bir hissəsini daha çox populyar olan geyilə bilən texnologiyalara (wearables) yönəldir.
Bloomberg-in məlumatına görə, Meta-nın texnologiya direktoru Endryu Bosvortun daxili məktubunda metaverse strategiyasının dəyişəcəyi, gələcəkdə VR-dan daha çox mobil cihazlara fokuslanacağı bildirilir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



