Meta həm də AMD-nin 10%-lik pay sahib olacaq.
Meta ABŞ-nin yarımkeçirici istehsalçısı Advanced Micro Devices (AMD) ilə 60 milyard dollarlıq beşillik çip alış razılaşması əldə edib. Müqavilə çərçivəsində Meta şirkətin 10%-ni də alacaq. Razılaşma süni intellekt infrastrukturuna böyük sərmayələrin yatırıldığı bir dövrdə baş tutur. Bu addım Meta-nın AI strategiyasında daha geniş dəyişiklik kimi qiymətləndirilir.
Müqavilə həm də çip təchizatında şaxələndirmə məqsədi daşıyır. Şirkətlər artıq əsas rəqib Nvidia-dan asılılığı azaltmağa çalışır. Meta-nın Nvidia ilə də ayrıca milyonlarla çip alış razılaşması var. AMD Meta-ya ümumilikdə 6 GVt gücündə çip təmin edəcək. Təchizat bu ilin ikinci yarısında yeni MI450 platforması ilə başlayacaq.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



