Meta, AI köməkçisi üçün Muse Spark adlı yeni əsas modeli təqdim edib.
Yenilənmə artıq Meta AI və meta.ai-də aktivdir, yaxın vaxtda isə WhatsApp, Instagram, Facebook və Messenger-ə də gələcək. Bu, sadəcə görünüş yox, birbaşa sistem yenilənməsidir. Yeni model daha sürətli cavab verir, fərqli düşünmə rejimləri ilə işləyir və mətnlə yanaşı şəkilləri də daha yaxşı anlayır. Meta bildirir ki, Muse Spark çətin suallarda daha güclü nəticə verir və məhsul axtarışı kimi funksiyalarda da istifadə olunacaq.

Vacib fərq isə budur ki, bu model əvvəlki Llama seriyasından fərqli olaraq açıq mənbəli deyil. Yəni Meta bu dəfə AI-ni daha çox öz platformaları üçün qapalı şəkildə inkişaf etdirir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



