Meta-nın yeni AI şəkil yaratma modeli məxfiliklə bağlı müzakirələr yaradıb

Meta-nın yeni təqdim etdiyi Muse Image süni intellekt modeli geniş imkanları ilə yanaşı, məxfilik və təhlükəsizlik məsələləri ilə bağlı da müzakirələrə səbəb olub. Model mətn əsasında yeni şəkillər yarada, mövcud fotoları redaktə edə və müəyyən hallarda ictimai (public) Instagram hesablarında paylaşılan görüntülərdən istifadə edərək yeni AI vizualları hazırlaya bilir.

UPDATE - Meta has removed the Muse Image feature that let users @-mention  public #Instagram accounts. The tool could use their posts, reels, or  videos to create AI images. Meta said it “

Yeni funksiyaya əsasən, istifadəçilər açıq profillərdə paylaşılmış fotoları @mention vasitəsilə süni intellektə istinad edərək yeni görüntülərin hazırlanmasında istifadə edə bilirlər. Xarici media nümayəndələrinin apardığı testlər zamanı ictimai hesabda yerləşdirilən bir şəxsin fotosundan qısa müddət ərzində fərqli geyim, mühit və üslubda AI tərəfindən yaradılmış alternativ görüntülər əldə edildiyi göstərilib. Bu isə funksiyanın potensial imkanları ilə yanaşı, mümkün sui-istifadə risklərini də gündəmə gətirib.

Meta bildirir ki, istifadəçilər Instagram hesablarının məxfilik ayarları vasitəsilə fotolarının AI funksiyalarında necə istifadə olunacağını idarə edə bilərlər. Şirkətin açıqlamasına görə, gizli (private) hesabların paylaşdığı məzmun bu funksiyalar üçün istifadə edilmir və istifadəçilər istənilən vaxt müvafiq parametrləri dəyişərək məhdudiyyətlər tətbiq edə bilərlər.

Posted 
Jul 8, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All