4

stansiyada konsert təşkil olunub. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş XV musiqi festivalı bu gün başlanır və sentyabrın 28-dək davam edəcək. Hər il keçirilən festivala ənənəvi olaraq dünyanın tanınmış müsiqi xadımləri, dirijorlar, ifaçılar dəvət olunub. Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, başqa ölkələrdən dəvət olunmuş məşhur musiqi kollektivlərinin, tenorların da çıxışı nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təqdim etdiyi parçalar əsasında tərtib edilərək, Musiqi günü və keçirilən festivala həsr olunmuş musiqi proqramının metro stansiyalarında səsləndirilməsinə başlanılıb. Proqrama Üzeyir Hacıbəyovun 11 əsərindən parçalar daxil edilib. Dahi bəstəkarın yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, “Sevgili canan”romansları, “Koroğlu”. ”Arşın mal alan” operalarından uvertüra, “Arazbarı”, “Aşıqsayağı”, ”Cəngi”əsərləri, “Koroğlu” operasından Koroğlunun ariyası, “Çənlibel” xoru, “Leyli və Məcnun” operasından “Qızlar” və “Şəbi hicran”xorundan ibarət proqram günün sonuna qədər yayımlanacaq.

18 Sentyabr - Milli Musiqi Günü münasibəti ilə Bakı metropoliteni, ənənəyə sadiq qalaraq, sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edəcək. Konsert proqramı “İçərişəhər” (10:30 - 12:00), “Sahil” (11:30-13:00), “28 May” (12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında təqdim olunur.

Proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri salınıb.

Mənbə: Bakı Metropoliteni

Posted 
Sep 18, 2023
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All