Microsoft Maia 200 adlı yeni süni intellekt sürətləndirici çipini təqdim edib.
Şirkət iddia edir ki, çip Google və Amazon-un oxşar həlləri ilə müqayisədə 3 dəfə daha yüksək inferens performansı göstərir.
Maia 200 əsasən süni intellekt modellərinin işlədilməsi (inferens) üçün nəzərdə tutulub. Bu yanaşma böyük dil modellərinin daha sürətli və enerjiyə qənaətcil şəkildə işləməsinə imkan verir. Yeni çip Copilot və Azure AI xidmətlərinin gücləndirilməsində istifadə olunacaq. Microsoft Maia 200-ün daha sərfəli qiymət–performans balansı təklif etdiyini və gələcəkdə daha geniş miqyasda istifadəyə veriləcəyini açıqlayıb.



