M

icrosoft”un məşhur mavi ekranı “Blue Screen of Death (BSOD)” “Windows 11”də qara ilə əvəzlənir.

Nəhəng proqram təminatı olan “Windows11” üçün dizayn testlərinə öncəki həftələrdən başlansa da “Black Screen of Death” hələ aktiv edilməyib. “The Verge” tərəfindən yazılan xəbərə görə yenilənən qara açma və söndürmə ekranlarına uyğun olaraq ikonik rəngin qara ilə əvəzlənməsi gözlənilir.

“Microsoft”un Mavi Ekranı Dəyişir.

“Windows 0.3”dən bu yana həyatımızda olan mavi ekran, proqamda və ya avadanlıqlarda olan xətaları göstərmək üçün yaradılmışdı. 2012-ci ildə “Windows 8”ə qəmgin üz ifadəsi əlavə edilməsindən və 2016-cı ildə QR kod daxil edilməsindən bu yana mavi ekran üçün edilən ən böyük dəyişiklik məhz bu rəng yenilənməsi olacaq. Qəmgin üz ifadəsinin və QR kodun da olduğu “Windows 11”də rəng dəyişikliyindən başqa bir əlavə edilməyəcək.

Posted 
Jul 5, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All