2040-cı ilə qədər milli kino fondu, TV və radio arxivləri tam rəqəmsallaşdırılacaq.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasına əsasən, milli kino fondu və dövlət televiziya–radio arxivlərinin mərhələli şəkildə rəqəmsallaşdırılması planlaşdırılır.
Sənədə görə, milli kino fondunun ən azı 60 faizi, televiziya və radio arxivlərinin isə hər birinin ən azı 50 faizi 2040-a qədər rəqəmsal formata keçiriləcək.
Bununla yanaşı, mədəniyyət sahəsində dövlət informasiya resurslarını birləşdirmək və vahid kommunikasiya siyasəti qurmaq üçün “e-culture” adlı rəqəmsal platformanın yaradılması da nəzərdə tutulur.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



