"Netflix" son rübdə 970.000 istifadəçi itirib.

"Netflix"in 220,67 milyon istifadəçisi var və şirkət növbəti rübdə 1 milyon yeni istifadəçi cəlb etmək fikrindədir.

Məşhur strim platforması olan "Netflix" bu qədər çox müştəri itirəcəyini gözləməsə də, yeni istifadəçilər qazanmaq məqsədilə yeni funksiyalar üzərində işlədiyini bildirib. Yeni funksiyalara abunəlik formaları da daxildir. Bu formalardan biri reklamlı abunəlikdir.

Yeni abunəlik sisteminin 2023-cü ildə təqdim edilməsi gözlənilir. Sistem üçün "Netflix" dünyanın ən nəhəng şirkətlərindən olan "Microsoft" ilə əməkdaşlıq edir.

Posted 
Jul 24, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All