N

etflix”, yeni sezonu yayımlanan serialın ən böyük fanatlarını “spoiler” səbəbi ilə uçuş moduna aldı.

“La Casa de Papel”in beşinci və son sezonunun ilk beş bölümünü izləyicisinə təqdim edən “Netflix”, bütün serial sevərlərinin baş bəlası “spoiler” təhdidinə qarşı bu serialın ruhuna uyğun və bir o qədər də fərqli bir tədbir aldı.

“Netflix”, İtalyada “La Casa de Papel” fanatı 100 nəfəri serialın özəl göstərimi üçün Madridə dəvət etdi. Serialın yeni sezonuyla eyni anda başlayacaq özəl göstərim üçün 3 sentyabrda Cenova hava limanına gələn 100 dəvətli Madridə uçacaqlarını düşünərək təyyarəyə mindi. Kəmərlər bağlandı, elektronik cihazlar uçuş moduna alındı ancaq Professorun anonsuyla birgə gedəcəkləri yerin Madridlə əlaqəsi olmadığı bilindi. Dəvətlilər beş saat boyunca havada qalıb serialın yeni bölümlərini izləyərkən, sosial mediada “spoiler” ehtiva edən paylaşım etməkləri də uçuş modu sayəsində əngəllənmiş oldu.

“Netflix”in paylaşdığı məlumatlara görə sosial mediada hər hansı bir serial haqqında paylaşılanların 12.5%-i “spoiler” ehtiva edir. “Spoiler” paylaşımları əsasən serialın yeni bölümünün yayımlandığı ilk saatlarda olur.

Posted 
Sep 8, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All