"

Netflix” cari abunəçi sayını və ilin ilk rübündə nə qədər pul qazandığını açıqlayıb. Açıqlanan rəqəmlərdən onu demək olar ki, “Netflix”in üzü gülür, halından da məmnundur. Şirkət bildirib ki, platformanın ödənişli abunəçilərinin sayı son 3 ayda 1,75 milyona çatıb. Mart ayına olan abunəçi sayı 232,5 milyon təşkil edib.

Netflix

Bu rəqəmlərdən də görmək olar ki, “Netflix”in abunəçi bazası illik 4,9 % artıb. Serialları və filmləri ilə hər kəsi bir araya toplamağı bacaran “Netflix” növbəti rüb üçün də proqnozlarını deyib. Platforma yaxın 3 ayda təxminən 8,2 milyard dollar qazanacağına və illik artımını 6 %-dək artıracağına inanır.

Posted 
Apr 19, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All