“The Queen’s Gambit” serialını izləyib öz-özünüzə “kaş Beth Harmon kimi oynaya biləydim” demisinizsə, sizin üçün xoş xəbərimiz var. “Netflix” bu prestijli serialı oyuna çevirir.

Siz Beth, Benny və serialdakı digər personajlardan əlavə, həmçinin Las Veqas oteli və Bethin uşaq evindəki otağı kimi ikonik məkanlara səfər edə bilərsiniz. 

“Netflix” hesabı olan şəxslər oyunu pulsuz şəkildə oynaya biləcək.

“The Queen’s Gambit Chess” oyunu həmçinin onlayn oyun və şahmat dərslərinə də imkan yaradacaq. 

Oyunun təqdimat tarixi hələki məlum olmasa da, yalnız smartfonlar üçün nəzərdə tutulduğu qeyd olunur.

Posted 
Jun 13, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All