A

rzum OKKA, "New York Times" meydanındakı NASDAQ binasına reklam verdi.

Təxmini 50 illik tarixi olan elektron ev əşyaları markası Arzum, ‘‘Türk qəhvəsini’’ dünyaya tanıtmağa davam edir. Markanın türk qəhvəsi bişirən maşını OKKA qəhvənin qovrulma dərəcəsi, bişirilməsi və servisi ilə ideal türk qəhvəsi hazırlamağı vəd edir.

Məşhur "New York Times" meydanındakı NASDAQ binasında yerləşdirilən reklamda bina sakinlərinin ‘‘Türk qəhvəsindən’’ içərək zövq aldığı nümayiş etdirilir.

Reklamda bina sakinləri bir yandan qəhvələrini içərkən bir yandan da kitab oxuyur, rəqs edir və küçəni izləyirlər.

Arzumun marketinq direktoru Mehtap Yıldız:

"Bizim aşina olduğumuz amma dünyanın da məlumatlı olduğu Türk qəhvəsini qürurla New Yorka da gətirib çıxartdıq və "Dünyaya Türk qəhvəsini sevdirən marka Arzum Okkadır!"  Türk qəhvəsi mədəniyyətini dünyaya yaymaq ən böyük missiyalarımızdan biridir.  Həyata keçirdiyimiz işlərlə həm Türk qəhvəsini, həm də bu mədəniyyəti bütün dünyaya daşımaq istəyirik. Amerikada ticarət sahəsində önəmli bir sertifikat olan "National Sanitation Foundation" sertifikatını alan ilk və tək Türk qəhvəsi maşını Arzum OKKA-dır. 2016-ci ildə aldığımız bu sertifikat ilə bazara giriş etdik və o gündən indiyə kimi türk qəhvəsini Amerikaya da sevdirmə çalışmalarımıza davam edirik."

deyərək Amerikadakı varlıqlarını möhkəmləndirməyə davam edəcəklərini vurğuladı.

Posted 
May 13, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All