Nvidia özünü idarə edən avtomobillərin imkanlarını genişləndirmək məqsədilə Alpamayo adlı yeni süni intellekt platformasını ictimaiyyətə təqdim edib.

Şirkətin açıqlamasına görə, bu platforma avtonom nəqliyyat vasitələrinin yalnız ətraf mühiti qavramasını deyil, həm də mürəkkəb yol şəraitində məntiqi qərarlar verməsini və bu qərarların səbəblərini izah edə bilməsini təmin edir. Bu yanaşma, xüsusilə təhlükəsizlik və etibarlılıq baxımından avtonom sürüş texnologiyalarında mühüm mərhələ kimi qiymətləndirilir.

CES 2026, Nvidia launches Alpamayo a family of Ai models for autonomous  driving - Il Sole 24 ORE
NVIDIA Rubin Platform, Open Models, Autonomous Driving: NVIDIA Presents  Blueprint for the Future at CES | NVIDIA Blog

Alpamayo platforması süni intellektin “reasoning” – yəni məntiqi düşünmə və qərarvermə imkanlarını gücləndirməyə fokuslanır. Sistem yol hərəkəti iştirakçılarının davranışlarını, yol şəraitini, gözlənilməz maneələri və müxtəlif ssenariləri analiz edərək real vaxt rejimində optimal qərarlar qəbul edə bilir. Nvidia bildirir ki, platforma yalnız “nə etməli” sualına cavab vermir, eyni zamanda avtomobilin niyə məhz həmin qərarı verdiyini izah etməyə imkan yaradır. Bu xüsusiyyət tənzimləyici qurumlar, istehsalçılar və istifadəçilər üçün şəffaflıq baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeni platformanın praktiki tətbiqi üçün Nvidia Mercedes-Benz ilə əməkdaşlıq edir. Şirkətlər Alpamayo süni intellekt platformasını birgə hazırlanmış pilotsuz CLA modeli üzərində sınaqdan keçirməyi planlaşdırır.

Posted 
Jan 6, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All