Nyu-Yorkda həqiqi terminatorlar?

Polis robotlar tezliklə Nyu-York küçələrində

NYPD's robot dog will be returned after outrage

Nyu-York Polis Departamenti bu robotları küçələrə çıxarmaqda israrlıdır. Daha əvvəl “Robocops”a münasibət etirazlara səbəb olmuşdu, lakin departamentin “Boston Dynamics” ilə olan son müqaviləsi xeyli iddialıdır. Belə ki, “Digidog” robotlarının dizaynına və istehsalına artıq start verilib. Bərk korpusa sahib bu robotlar kifayət qədər dayanıqlı görünürlər. Hələlik onlar içəri sızmaq, məlumat əldə etmək və yüksək təhlükə törədən cinayətkarların izinə düşmək kimi əməliyyatlarda istifadə olunacaq.

“WhatsApp” da toksik qruplardan bizi xilas etməkdə maraqlıdır

Qruplarla bağlı yeni funksiya gəlir

WhatsApp testing temporary groups with expiry date | Deccan Herald

Köhnə və lazımsız toksik qruplardan canımızı necə qurtara bilərik? Baxın, belə. Deməli, “WhatsApp” istifadəçiləri tezliklə qrup söhbətləri üçün “son istifadə tarixi” funksiyasına yiyələnəcəklər. Qeyd olunan həmin vaxt gəldikdə isə onlardan köhnə mesajları və ya söhbəti tamamilə silmək sualı soruşulacaq. Beləliklə, silinən hər hansı mesaj və ya söhbət yalnız “son istifadə tarixi”ni təyin edən şəxsin cihazından silinəcək. “Meta” platformanı aldıqdan sonra “WhatsApp” bir çox xüsusiyyətlərə yiyələnib. Qeyd edək ki, platforma hazırda dünyanın bir çox ölkəsində ən çox istifadə edilən mesajlaşma tətbiqidir.

“Twitter”in ana şirkəti artıq “Twitter Inc.” deyil

İlon “Twitter”i “X Corp.”a birləşdirib

Twitter Inc now officially merged into X Corp, what does it mean for DOGE  crypto? – Cryptopolitan

Xəbərdə deyilir ki, bu məlumat L.Lumer və “Twitter” arasındakı məhkəmə prosesindən sonra bilinib. Maraqlananlar üçün xatırlatma edək ki, L.Lumer 2019-cu ildə hesabı bağlanan zaman federal reket qanunlarını pozduğuna görə “Twitter”i məhkəməyə vermişdi. İctimaiyyətlə paylaşılan məhkəmə sənədləri içərisindəki bu cümləyə diqqət etmək yerinə düşər: "Twitter Inc. X Corp.-a daxil edilmişdir və artıq mövcud deyil". Onu da deyək ki, “X Corp.”a daxil edilmiş “Twitter” indi Delaverdə deyil, Nevada ştatında yerləşir.

Apple”dan iqlim dəyişikliyinə 200 milyon dollarlıq yatırım

İqlim dəyişikliyi ilə mübarizə aparan “Restore Fund”a 200 milyon dollar yatırım olunub

Environment - Apple

Bilirik ki, Apple” iqlim dəyişikliyi ilə mübarizə aparan və bu sahəyə sərmayə edən aparıcı texnologiya şirkətlərindən biridir. Şirkət iqlim dəyişikliyi ilə mübarizə üçün yaratdığı “Restore Fund”a əlavə 200 milyon dollar maliyyə vəsaiti ayırıb. Fond bundan sonra “Climate Asset Management” tərəfindən idarə olunacaq. “Apple”, həmçinin bu layihənin nəticələrini daha yaxşı izləmək və təhlil etmək üçün “iPhone”nun “LiDAR Scanner” texnologiyasından istifadə edəcək.

Dünya üzrə kompüter satışlarında azalma

Bu bazar dərc olunan hesabata əsasən, satışlar 56,9 milyona düşüb

“International Data Corporation” araşdırma şirkətinin bazar günü dərc etdiyi hesabatda deyilir ki, kompüter bazarında ciddi böhran var. Hesabata görə, 2023-cü ilin 1-ci rübündə kompüter satışları keçən ilin bu vaxtı ilə müqayisədə 29-33 % azalıb. Satışların 56,9 milyona qədər azaldığı gözdən yayınmayıb. 1-ci rübdə ən yüksək azalma “Apple”da olub. 2-ci yerdə 31 %-lə “Dell Technologies” qərarlaşıb. “Lenovo Group” və “ASUS” satışları 30,3 %, “HP”nin satışları isə 24,2 % azalıb.

Posted 
Apr 13, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All