B

u ayın başından bəri yayımlanan və böyük marağa səbəb olan “O Gəlir” tizerlərinin sahibinin Bank Respublika olduğu nəhayət ki məlum oldu. Bu video çarxlar bankın yeni məhsulu “NeoKart”a aiddir.

İstifadə etdikcə qazanılan bonusları keşbək, səyahət milləri, danışıq dəqiqələri və mobil internet ilə dəyişdirmə imkanı verən bank, bütün sosial media hesablarından yeni reklam videosunu yayımladı.

“Neo” adını verdiyi yadplanetli maskotu ilə də ilk dəfə tanış olduğumuz reklam filmində ödəmə edilən hər yerdə “Neo”nu görürük. Kartın dizayn parametrləri də “Neo” ilə bənzər bir şəkildə kosmos temasına sahibdir və bu xüsusiyyətləri alışdığımız Bank Respublikadan xeyli fərqlənir.

“Hər Yerdə Qazandırır” sloqanı ilə yayımlanan reklamı aşağıdan izləyə bilərsiniz.

Posted 
Sep 28, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All